Xəbər lenti

Güclü külək Lənkəranı qaranlğa qərq etdi
Ölkə06:19 15.04.2017

Güclü külək Lənkəranı qaranlğa qərq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gecə ölkədə müşahidə edilən güclü külək fəsadlara səbəb olub. Xüsusilə cənub bölgəsində. "Qaynar" İstipress-ə istinadən xəbər verir ki, əsas problem elektrik enerjisinin təminatı ilə bağlıdır.
Belə ki, öncədən güclü külək barədə xəbərdarlıq edildiyi üçün bəzi yerlərdə problemlərin qarşısını almaq üçün elektrik naqillərində məcburi açılmalar olub. Bəzi kəndlərdə isə naqillər küləyin gücündən qırılıb. 
Külək bir neçə irigövdəli ağacı da aşırıb. Aşan ağaclar naqillərə də ziyan vurub. Hazırda Lənkəranın 10-a yaxın ucqar kəndində elektrik enerjisi yoxdur. Rayon elektrik şəbəkəsindən verilən məlumata görə, yaxın bir neçə saatda kəndlərin elektrik enerjisi ilə təminatı bərpa ediləcək. 
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, aprelin 14-dən 16-dək əsasən şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Qaynar.Az