Xəbər lenti

Güclü sel Şabranda evi yerlə bir etdi (VİDEO)
Ölkə20:52 16.04.2025

Güclü sel Şabranda evi yerlə bir etdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, ötən gündən başlayan güclü yağış Şabran rayonunda fəsadlar törədib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 
Yayılan görüntülərdən birində rayonun 20 Yanvar küçəsində güclü selin fərdi yaşayış evini necə dağıtdığı əks olunub.
Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, yağış nəticəsində rayonunun içərisindən keçən Dəvəçi çayı daşıb. Güclü sel səbəbindən rayon mərkəzində çayın üzərindəki körpülərdə hərəkət məhdudlaşdırılıb. Ətraf ərazidə yaşayan 15 ailə təhlükəsiz yerə təxliyə edilib.