Xəbər lenti

Güclü yağışdan sonra ortaya qəbirstanlıq çıxdı- Şəmkirdə
Ölkə18:31 26.10.2014

Güclü yağışdan sonra ortaya qəbirstanlıq çıxdı- Şəmkirdə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Tapılan abidə orta əsrlər dövrünə aid keçi başlı qəbirlərdir”. 

Qaynar.info hafta.az-a istinadən xəbər verir ki, tarixi mədəniyyət nümunəsi rayonun Zəyəm-Cırdaxan kəndində aşkar edilib. Kənd sakini Eldəniz Mustafayevin bildirdiyinə görə, qəbirlər bir həftə öncə kəndin Yastıdərə deyilən hissəsində tapılıb:

“Səkkiz-on gün bundan qabaq bura gur yağışlar yağdı. Yəqin ki, suyun torpağı yuması nəticəsində üzə çıxıblar. Üç ədəd keçi başlı qəbirdir. Çox güman orta əsrlərə aiddir”.

Həvəskar tədqiqatçı Eldəniz Mustafayev deyib ki, həmin ərazilər kənddəki daş karxanalarına yaxın olduğundan onların itmə təhlükəsi də var: 

“Biz hələlik “solafanla” üstünü örtmüşük ki, görünməsin. Qiymətli abidə olduğunu bilsələr, buraları gəlib qızıl axtarmaq üçün qazacaqlar. Qorxuruq ki, qızıl tapmayanda da bu abidələri götürüb aparacaqlar. Düşünürəm ki, bu qəbirlər kəndin tədqiqi üçün gözəl əvəzsiz mənbədir”.

Xatırladaq ki, adıçəkilən rayonun Alabaşlı kəndində də bir ay əvvəl neolit dövrünə aid olduğu ehtimal edilən abidə aşkar edilib.

Qaynar.info