Xəbər lenti

“Gül bağı” yenə yandı
Ölkə12:37 22.07.2013

“Gül bağı” yenə yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində yerləşən məşhur “Gül bağı”nda 10 gün öncə baş verən yanğın yenidən təkrarlanıb.

ANS PRESS-in verdiyi məlumata görə, ötən gün axşam saatlarında baş verən yanğından xəbər tutan gözətçilər dərhal bu barədə Fövqəladə Hallar Nazirliyinin Lənkəran rayon Yanğından Mühafizə Hissəsinə məlumat veriblər. Hadisə yerinə cəlb olunan bir yanğınsöndürən maşın və canlı qüvvənin səylərilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

Bağın gözətçisi Natiq Mirzəyev son vaxtlar “Gül bağı”nda baş verən yanğınların mütəmadi xarakter daşıdığını bildirir. Onun sözlərinə görə, bu yanğınlar düşünülmüş şəkildə və kimlərinsə əlilə törədilir. İki həftə bundan əvvəl bağda yanğın torətməyə cəhd edən 1 uşaq gözətçilər tərəfindən saxlanılaraq hüquq mühafizə orqanlarına təhvil verilib.

Xatırladaq ki, “Gül bağı” bir vaxtlar Lənkəranın ən görməli ərazilərindən olub. Dünyanın müxtəlif yerindən buradakı gülçülük sovxozuna gətirilmiş növbənöv güllər, dekorativ bitkilər yerli şəraitə uyğunlaşdırılmaqla becərilib və şəhərsalmada istifadə olunub.

Qaynar.info