
Ağır Cinayətlər Məhkəməsində məhkəməsi davam edən eks-deputat Gülər Əhmədova ABŞ prezidentinə müraciət edəcəyini dilə gətirib.
Modern.az xəbər verir ki, prosesdə çıxış edən Gülər Əhmədova onun cinayətkar kimi elan olunmasını hüquqlarının pozulması kimi qiymətləndirib. O, hüquqlarının nəinki Azərbaycanda, qlobal formada pozulduğunu deyib. “ABŞ Dövlət Departamenti hesabatlarında məni cinayətkar kimi təqdim edir. Mən ABŞ səfirini və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu bu məhkəməyə çağırıram”.
Sabiq millət vəkili onun məhkəmə qərarı olmadan cinayətkar kimi təqdim olunmasını özünün və ailəsinin nüfuzuna xələl gətirdiyini deyib. “Mənim bu cür təqdim olunmağım təkcə mənim yox, eləcə də ailəmin və ABŞ-da oxuyan oğlumun taleyinə mənfi təsir edir. Mən ABŞ prezidentinə yazacağam. Mən terrorçu deyiləm. 11 sentyabr cinayəti kimi dövlətlərarası münasibətlərə təsir edən cinayət törətməmişəm.