Xəbər lenti

Gülər Əhmədova Heydər Əliyevin məzarını ziyarət edib
Ölkə06:40 10.05.2014

Gülər Əhmədova Heydər Əliyevin məzarını ziyarət edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabiq deputat və mayın 6-sı azadlığa çıxan Gülər əhmədova Heydər Əliyevin məzarını ziyarət edib.

Qaynar.info aznews.az-a istinadən xəbər verir ki, bu sözləri xanım Əhmədovanın qardaşı İlqar Mikayıloğlu deyib:

"Əslinə qalsa, burda təəccüblü heç nə yoxdur. Bacım rəhmətlik Heydər Əliyevin məktəbinin tələbəsidir. Hər bir tələbə də haradan gəlirsə-gəlsin, ilk olaraq müəllimini ziyarət etməlidir. Bacım oradan çıxandan sonra mənə demişdi ki, Heydər Əliyevin məzarına baş çəkməliyik. Mən də dedim ki, baş üstə, problem yoxdur. Gəldim, bacımı evdən götürdüm, gül alıb Fəxri Xiyabana getdik. Əvvəlcə ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdik, dualar oxuduq, sonra isə Zərifə xanımın məzarının ziyarət edib dualar oxuduq, baş əydik və sakitcə çıxıb getdik".

Qaynar.info