Xəbər lenti

Gülər Əhmədova ilə görüşə qadağa qoyuldu
Ölkə11:17 15.03.2013

Gülər Əhmədova ilə görüşə qadağa qoyuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda istintaq təcridxanasında saxlanılan keçmiş millət vəkili Gülər Əhmədovanın ailə üzvləri ilə görüşünə icazə verilmir. G. Əhmədovanın vəkili Raqif Mustafayev bununla bağlı AzNews-a bildirib ki, G.Əhmədovanın həyat yoldaşı və övladları ilə görüşü mümkün olmayıb.

Görüşə razılığı, yəni icazəni işin istintaqını aparan müstəntiq verməli olduğu üçün müstəntiqə edilən müraciətə rədd cavabı alınıb: “Bununla bağlı müstəntiqə müraciət edilib, ancaq rədd cavabı alınıb. Buna görə də Gülər xanımın ailəsi ilə görüşü mümkün olmayıb”.

Xatırladaq ki, bundan əvvəl G. Əhmədovanın xüsusən 8 yaşlı kiçik oğlu üçün narahatlıq keçirdiyi bildirilmişdi: “Təbii ki, 8 yaşlı uşaqdan daha çox narahatdır. Anadır axı”.

R. Mustafayev Gülər Əhmədovanın Elşad Abdullayevin yaydığı videoların qanunsuz olması səbəbindən həmin videolarla bağlı ifadə verməyəcəyi fikrində qaldığını da vurğulayıb.

Qaynar.info