Xəbər lenti

Gülər Əhmədova məhkəmədə nələri açıqladı?
Ölkə13:37 31.10.2013

Gülər Əhmədova məhkəmədə nələri açıqladı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“İstintaqa ifadə verən zaman Fransada "ksero" səs və videonun keçmədiyini, Fransaya gedib Elşadı orada məhkəməyə vermək istədiyimi dedim”.

Ans press-in verdiyi xəbərə görə bu sözləri Bakı Ağır Cinayətlər məhkəməsində baş tutan məhkəmə prossesi zamanı sabiq deputat Gülər Əhmədova söyləyib.

Adı ADU-nun keçmiş rektoru Elşad Abdullayevlə rüşvət qalmaqalında hallanan Sevinc Babayeva Türkiyəyə getdikdən sonra onun ailəsinin yanına gəldiyini və 20 min manat məbləğində onlara pul verdiyini söyləyib: “Sevinc ürək xəstəsi idi, əməliyyatına çoxlu pul lazım idi”.

Prokurorun “Sevincin Türkiyədə hansı adla yaşadığını bilirdinizmi sualına” isə sabiq deputat məlum videolardan sonra Sevinci yeni tanıdığını 2-ci bir insanla qarşılaşdığını deyib.

Prokurorun, nüfuzlu bir millət vəkili kimi E. Abdulayevin ofisində nə işi olması barədə suala isə sabiq deputat, "Seçicilərimin maraqları üçün" - deyə cavab verib. G. Əhmədova həmçinin Elşad Abdullayevi yaxşı tanımağdığnı vurğulayıb.

Məhkəmədə şahid qismində 4 nəfər şəxs iştirak edib. Şahid Şirvanova Tavat Bayram qızı 1997-2010-ci illər arası Beynəlxalq Universitetdə işlədiyini, Elşad Abdullayevin ona və ailəsinə ciddi ziyan vurduğunu söyləyib. Amma məhkəmə zamanı söyldikləri ifadələr ilə bir müddət bundan əvvəl istintaqa verdiyi ifadələr üst-üstə düşmədiyini görən Şirvanova Tavat ifadəsini inkar edib: “O ifadələr kompüterlə yığılıb. Mən Elşad Abdullayenin deputat seçilmək üçün Gülərə pul verməsi və bunu sonradan geri tələb etməsi barədə heç nə deməmişəm. Mən bu ifadələrə oxumadan qol çəkmişəm”.

Qaynar.info