
Vəkil Eldar Qədimi Bakı İstintaq Təcridxanasında sabiq deputat Gülər Əhmədova ilə görüşüb.
Eldar Qədimi AzadlıqRadiosuna bildirib ki, Gülər Əhmədova “dünən qan təzyiqindən əziyyət çəkirdi, təzyiqi aşağı düşmüşdü. Hazırda təcridxananın tibb müəssisəsində müalicəsi davam edir”.Eldar Qədimi deyir ki, Gülər Əhmədova təcridxanada mütəmadi mətbuatla tanış olur: “Bir neçə qəzetə abunə olmuşuq, vaxtı-vaxtında alır. “Azadlıq” və “Yeni Müsavat” da daxil olmaqla üç qəzet alır. Darıxır, çıxmaq istəyir. Deyir günahım yoxdur. Gözləyir istintaq qurtarsın, həqiqət üzə çıxsın. O da azad olunsun”.
Qaynar.info