Xəbər lenti

Gülər Əhmədova üzə çıxdı...
Ölkə07:56 20.06.2014

Gülər Əhmədova üzə çıxdı...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən tanınmış muğam ifaçısı Elnarə Abdullayevanın anasının cümə axşamı mərasimi olub. 

Mərasimdə Elnarənin sənət yoldaşları, ailə dostları iştirak ediblər. AzNews.az-a daxil olan məlumata görə, yas məclisinin sonunda heç kimin gözləmədiyi halda keçmiş deputat Gülər Əhmədova mərasimə təşrif buyurub. 

Bildirilir ki, Əhmədovanın yanında tanınmış-bəstəkar-şair Xanım İsmayılqızı da olub. Əslində, şərti azadlığa buraxılmış G.Əhmədovanın kiminsə yas mərasimində iştirak etməsində qeyri-adi nəsə yoxdur. Sadəcə Əhmədova və yaxınları mətbuata açıqlamalarında bildirmişdilər ki, sabiq deputat müalicə alır və heç yerə getmir. 

Qeyd edək ki, xanəndənin 78 yaşlı anası Süsən xanım iyunun 9-da dünyasını dəyişib. 

Qaynar.info