Xəbər lenti

Gülər Əhmədovanın vəziyyəti məhkəmədə pisləşdi
Ölkə09:31 05.05.2014

Gülər Əhmədovanın vəziyyəti məhkəmədə pisləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakı Apelyasiya Məhkəməsində məhkəməsi keçirilən sabiq deputat Gülər Əhmədovanın vəziyyəti prosesin gedişində pisləşib.

Bu barədə musavat.com-a məhkəmə salonunda olan reportyorumuz Sevinc Telmanqızı xəbər verib.

Əməkdaşımızın sözlərinə görə, bugünkü prosesdə G.Əhmədovanın vəkilləri çıxış ediblər. Sabiq deputatın sağlıq durumu onun vəkili Əsgər Talıbovun müdafiə çıxışı etdiyi zaman pisləşib. Əvvəlcə onun dərman preparatı qəbul etməsiilə vəziyyətinin sabitləşməsi gözlənilsə də, sonradan məhkəmə binasına təcili tibbi yardım briqadası çağrılıb. Prosesdə fasilə elan edilib.

Qeyd edək ki, G.Əhmədovanın vəziyyətinin məhkəmə prosesi zamanı pisləşməsi ilk dəfə deyil.

Qaynar.info