Bu gün "Bakı-2015" Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə start verilib. Qaynar.info xəbər verir ki, yarışın ilk günündə 4 çəki dərəcəsinin qalibləri bəlli olub.
Azərbaycan günü 2 qızıl və 1 bürünc medalla qapayıb. Toğrul Əsgərovla Xetaq Qazyumov qızıl, Cəbrayıl Həsənov bürünc medala sahib çıxıb.
Qaynar.info