Xəbər lenti

Güləşçilərimizdən 5-i Qran-prinin finalına yüksəldi
İdman19:44 07.08.2019

Güləşçilərimizdən 5-i Qran-prinin finalına yüksəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri turniri start götürüb.
Qaynarinfo xəbər verir ki, ilk yarış günündə sərbəst güləşçilərimizdən Əhmədnəbi Qvarzatilov (61 kq) və Şamil Zubairov (92 kq) finala yüksəlib. Pərviz İbrahimov (61 kq) ilə Rəşad Yusifli (79 kq) bürünc medal uğrunda mübarizə aparacaq.
Yunan-Roma güləşçilərimiz isə maksimum nəticəyə imza atıb. İlk gündə xalçaya çıxan yığmamızın üç üzvü də finala vəsiqə qazanıb. 63 kq-da Murad Məmmədov və Elman Muxtarov finalda üz-üzə gələcək. Digər finalçımız isə İslambek Dadovdur (72 kq).
Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları sabah keçiriləcək.