Xəbər lenti

Güləşçimiz Avropa çempionatının finalında
İdman18:15 30.04.2018

Güləşçimiz Avropa çempionatının finalında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Kaspiysk şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.
Qaynarinfo xəbər verir ki, yunan-Roma güləşçilərinin yarışlarının ilk günündə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan millisinin üzvü Eldəniz Əzizli (55 kq) qitə çempionatının finalına vəsiqə qazanıb.
İdmançımız yarımfinal görüşündə 1:7 hesabı ilə geridə olmasına baxmayaraq, mübarizlik və əzmkarlıq göstərərək Rusiya təmsilçisi Vasili Topoevi 9:7 məğlub edib.
Onun yarışların həlledici mərhələsindəki rəqibi estoniyalı Helari Maegissalu olacaq.