Güləşçimiz Avropa çempionatının qalibi olub.
Qaynarinfo xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında 57 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan güləşçisi Əliabbas Rzazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, həlledici görüşdə Türkiyə güləşçisi Süleyman Atlını məğlub edib.