Xəbər lenti

Güləşçimiz bürünc medal üçün mübarizə aparacaq
İdman12:54 18.08.2021

Güləşçimiz bürünc medal üçün mübarizə aparacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.
Qaynarinfo xəbər verir ki, üçüncü yarış günündə qadın güləşçilər mübarizəyə start verib. Təmsilçilərimizdən Gültəkin Şirinova ilk görüşdə Qırğızıstan güləşçisiylə qarşılaşıb. Dramatik alınan qarşılaşmanın son saniyələrində 3 xal geridə olan həmyerlimiz 5 xallıq fəndi uğurla icra edərək "tuşe" ilə qələbə qazanıb. Ancaq 1/4 finalda hindistanlı rəqibinə 8:18 hesabı ilə uduzub.
Mübarizəyə 1/4 finaldan qoşulan Jalə Əliyeva isə Polşa təmsilçisinə qalib gələrək yarımfinala yüksəlib. Lakin yarımfinalda Rusiya güləşçisi Anastasiya Sidelnikovaya 0:10 hesabı ilə məğlub olub. Jalə sabah bürünc medal uğrunda güləşəcək.
Səbuhi Həsənov