Xəbər lenti

Güləşçimiz ermənini diz çökdürdü
İdman14:17 05.08.2014

Güləşçimiz ermənini diz çökdürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb.

Qaynar.info-nun Azərbaycan Güləş Federasiyasına istinadla verdiyi məlumata görə, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. İlk yarış günündə 3 güləşçimiz finala yüksəlib.

50 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Nurullayev ilk görüşdə erməni, ardınca Koreya və Qazaxıstan təmsilçilərinə qalib gələrək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Ukrayna təmsilçisi olacaq.

60 kq-da Elman Muxtarov da finala qədərə inamla güləşib. Qırğızıstan, Belarus, Finlandiya və Fransa güləşçiləri üzərində qələbə qazanan təmsilçimiz finala yüksəlib. Finalda onun rəqibi erməni güləşçisi olacaq.

96 kq çəki dərəcəsində Orxan Nuriyev mübarizəyə Çin təmsilçisi üzərində qələbə ilə başlayıb. Ardınca Polşa, Bolqarıstan və Norveç güləşçilərini də məğlub edən təmsilçimiz finala yüksəlib. Orxan Nuriyev finalda Koreya idmançısı ilə qarşılaşacaq.

Final görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qaynar.info