
Metropolitenin işçısı Günay Məmmədovanın ölümündə təqsirləndirilən Rabil Rzayev istintaqa cəlb olunsa da, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Bu barədə məlumatı Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi Müşfiq Əlməmmədov Puklika.Az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Rabil Rzayev müvəqqəti olaraq sərbəst buraxılıb: “Bəzi məqamlar var ki, dəqiqləşdirilməmiş o, həbs oluna bilməz. Məsələni araşdırdıqdan sonra qərar veriləcək. Həm Rabil Rzayevin, həm də Günay Məmmədovanın valideynlərinin ifadələri təzadlı xarakter daşıyır. Ona görə də istintaq gedir. Hansı tərəfin haqlı və ya haqsız olması istintaqın gedişatında bilinəcək”.
Qeyd edək ki, Rabil Rzayev istintaqa ifadəsində Günay Məmmədovanın ölümündən öncə onunla bir yerdə olduğunu, hətta onun tərəfindən təhqir edildiyini, hadisə baş verərkən də iki tərəfin əsəbi olduğunu təsdiqləyib.