Xəbər lenti

Günel Anarqızının maşını ilə bağlı açıqlama
Ölkə14:15 01.11.2013

Günel Anarqızının maşını ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün Qafqazinfo-da Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın qızı Günel Anarqızının avtomobili ilə bağlı məlumat dərc olunmuşdu. 

Bu gün məsələ ilə bağlı maşının alındığı avtosalondan redaksiyamıza açıqlama daxil olub. Avtosalondan bildirilib ki, yayılan xəbərdə xalq yazıçısının qızının avtomobilinin qiyməti ilə bağlı yanlışlıq olub. Belə ki, sözügedən Porsche Cayenne avtomobilinin qiyməti 63 mindən başlayaraq 150 minə qədər dəyişir. 

Günel Anarqızının aldığı avtomobilin nağd satış qiyməti isə 65 min manatdır.Xalq yazıçısının qızının həmin maşını müəyyən ilkin ödəniş etməklə 3 illik kreditlə aldığı qeyd olunub.