Xəbər lenti

Günəşdə plazmanın koronal püskürməsi baş verdi: Yerə doğru gəlir (VİDEO)
Dünya 23:59 19.09.2023

Günəşdə plazmanın koronal püskürməsi baş verdi: Yerə doğru gəlir (VİDEO)

Bu yaxınlarda Günəşdə tac kütləsinin püskürməsi baş verib. Plazma axını planetimizə doğru gəlir.

Qaynarinfo Space-ə istinadla xəbər verir ki, alimlər sentyabrın 19-u və 20-də G2 səviyyəsində güclü geomaqnit qasırğasının görünəcəyini proqnozlaşdırırlar.

50 ildir Günəşi tədqiq edən fizik Keyt Stronq X sosial şəbəkəsində (keçmiş Twitter) kosmik gəmilərdən çəkilmiş görüntülər əsasında qısa video yayımlayıb. Videoda çox isti plazmanın nəhəng filamentinin ulduzdan necə qoparaq planetimizə doğru gəldiyini görə bilərsiniz. Stronqun dediyinə görə, bu, onun bütün illər ərzində müşahidə etdiyi ən böyük püskürmədir.

ABŞ Milli Okean və Atmosfer İdarəsi sentyabrın 19-da və ya 20-də Günəşdən koronal kütlənin atılması nəticəsində Yerdə G2 geomaqnit qasırğasının baş verəcəyi barədə xəbərdarlıq edib.

Bu geomaqnit qasırğasının Yerdəki radio rabitə və enerji sistemlərinə müəyyən mənfi təsir göstərəcəyi proqnozlaşdırılır. Xüsusilə, bu, naviqasiya sistemlərinin qısa müddətli bağlanmasına və nasazlıqlara səbəb ola bilər.
Xatırladaq ki, bu yaxınlarda alimlər Günəşin xarici atmosferinin niyə səthindən minlərlə dəfə daha isti olduğunu aşkar ediblər.  

Həmçinin, Avropa Kosmik Agentliyinin Günəş Orbitatorunun köməyi ilə günəş küləyinin çətin bir mənbəyi kəşf edilib.

Bundan əlavə, ən yüksək enerjili günəş şüaları qeydə alınıb, onun mənşəyi sirr olaraq qalır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->