Xəbər lenti

Dünya 13:39 03.09.2023

“Gürcü Arzusu”: "Zurabişviliyə qarşı impiçment üçün səs toplaya bilməyəcəyik"

"Gürcü Arzusu” fraksiyasının rəhbəri Mamuka Mdinaradze bildirib ki, Gürcüstan parlamenti ölkə prezidenti Salome Zurabişviliyə qarşı impiçment prosedurunu həyata keçirə bilməyəcək, çünki kifayət qədər səs toplamaq mümkün olmayacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Gruziya Online” məlumat yayıb.

Onun sözlərinə görə, müxalifət "konstitusiyanı pozan" Zurabişviliyə dəstək olduğunu açıq şəkildə qeyd edib: 

"Biz impiçmentin həyata keçirilməsinin mümkün olacağını hesab etmirik. Hesab edirik ki, bu gün 100 səsi səfərbər etmək mümkün deyil. Bu, bizim fərziyyəmiz idi, amma indi sübutlarla təsdiqlənir - hər kəs bunu dəstəkləməyəcəyini deyir. Bir partiyadan başqa praktiki olaraq heç bir siyasi qoşulmayıb. 4 nəfərlik tərkibə malik "Avropa sosialistləri” ilə birlikdə 88 səs toplamaq mümkündür", deyə Mdinaradze bildirib.

O, əlavə edib ki, hakim partiya opponentlərlə məsləhətləşmək və onlardan impiçment məsələsini dəstəkləməyi xahiş etmək niyyətində deyil.

Qeyd edək ki, avqustun 31-də Gürcüstan prezidenti Salome Zurabişvili hökumətin onun səfərlərinə razılıq verməkdən imtina etməsinə baxmayaraq, Avropa ölkələrinə planlaşdırdığı ilk səfərinə başlayıb. Gürcüstan qanunlarına görə, prezident xarici səfərləri yalnız hökumətin təsdiqindən sonra edə bilər.

Bundan sonra "Gürcü Arzusu” partiyasının lideri İraklii Kobaxidze Salome Zurabişvilinin hökumət tərəfindən bəyənilməyən Avropa səfərlərinə görə impiçment prosedurunun başlandığını elan edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->