Xəbər lenti

Gürcü futbolçuların Bakıdakı taleyi sual altındadır
İdman15:13 26.05.2016

Gürcü futbolçuların Bakıdakı taleyi sual altındadır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Premyer Liqasında IV yeri tutsa da, Avropa Liqasında iştirak etməyəcəyi dəqiqləşən“İnter” PİK-in rəhbərliyi əsas komandanın növbəti mövsüm üçün heyətini gücləndirməkdə davam edir.

Qaynarinfo.az xəbər verir ki, Səlahət Ağayev, Denis Silva Kruz, İlkin Qırtımov, Slavik Alxasov, Samir Zərgərov, Abbas Hüseynov, Tərlan Quliyev, Ağabala Ramazanov, Elnur Abdullayev, Pərdis Fərcad-Azad və Rauf Əliyevlə yeni müqavilələr imzalanıb.

Xatırladaq ki, bundan öncə Şahin Zəkiyev, Sərtan Taşkın, Aqşin Quluzadə, Mirhüseyn Seyidov və Nizami Hacıyevlə müqavilə imzalanmışdı.

“İnter” rəhbərliyi əsas komandanın futbolçuları - Kamran Ağayev, Elşən Poladov və Vüqar Nadirov ilə müqavilələrin müddətinin uzadılmaması barədə də qərar qəbul edib. Buradək klubun rəsmi açıqladığı xəbərlər idi.

Əldə etdiyimiz məlumata görə, gedənlərin sayı bununla kifayətlənmir. Belə ki, gürcü futbolçulardan 2-si ilə də yollar ayrılıb. Bunlar mərkəz müdafiəçiləri - Laşa Salukvadze ilə Laşa Kasradzedir. Digər gürcü futbolçular - Georgi Lomaya, Zurab Xizanişvili və Nika Kvekveskiri barədə yekun qərar daha sonra veriləcək. "İnter" 2 qapıçı ilə birdən vidalaşdığı üçün Lomayanı saxlamaqda maraqlıdır. Eləcə də təcrübəli Xizanişvili və Gürcüstan yığmasının dayaq yarımmüdafiəçisi Kvekveskiri ilə əməkdaşlıq üçün hazırda danışıqlar gedir. 

Qaynarinfo.az