Xəbər lenti

Gürcülər Bakıda darmadağın edildi
İdman18:11 11.04.2013

Gürcülər Bakıda darmadağın edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“ABU-Arena”da futzal üzrə Azərbaycan və Gürcüstan çempionları arasında revanş matçı baş tutub
Bu gün “ABU-Arena”da futzal üzrə Azərbaycan və Gürcüstan çempionları arasında revanş matçı baş tutub. Apasport.az saytının məlumatına görə, “Araz” “İberiya Star”la qarşılaşıb.
Görüş Naxçıvan təmsilçisinin rəqibi üzərində 5:2 hesablı qələbəsi ilə başa çatıb. “Araz”dan qolların 2-ni Rəcəb Fərəczadə, İlkin Hacıyev, Rizvan Fərzəliyev və Buranello Laersio Covanni vurub. Xatırladaq ki, sonuncu futzalçı millimizin və “Araz”ın italyan mənşəli braziliyalı qapıçısıdır.
Qeyd edək ki, bu komandalar arasında dünən keçirilən ilk yoxlama oyununda gürcülər qalib gəlmişdi – 3:1. “Araz”dan yeganə qolu Vitali Borisov vurmuşdu.
Qaynar.info