Xəbər lenti

Gürcüstan Azərbaycandan bu məhsulların alışına çəkdiyi xərci 24 faiz artırdı
Ekonomiks 19:54 22.01.2026

Gürcüstan Azərbaycandan bu məhsulların alışına çəkdiyi xərci 24 faiz artırdı

Ötən il Gürcüstan Azərbaycandan 14,22 milyon ABŞ dolları dəyərində kimya və yaxud əlaqəli sənaye məhsulları idxal edib.

"Report"un məmulatına görə, bu, 2024-cü ilə nisbətən 24 % çoxdur.

2025-ci ildə Gürcüstan xarici ölkələrdən 1,76 milyard ABŞ dolları dəyərində kimya və yaxud əlaqəli sənaye məhsulları alıb ki, bu da illik müqayisədə 15 % çoxdur.

Hesabat dövründə Gürcüstan Türkiyədən 386 milyon ABŞ dolları, Almaniyadan 169 milyon ABŞ dolları, Fransadan 152 milyon ABŞ dolları, İsveçrədən 145 milyon ABŞ dolları, Rusiyadan 115 milyon ABŞ dolları dəyərində məhsul alıb.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 1 milyard 529 milyon ABŞ dolları dəyərində kimya və ya əlaqəli sənaye məhsulları idxal edib ki, bunun da 11,43 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.
--> -->