Xəbər lenti

Gürcüstanda azərbaycanlı qadın koronavirusdan öldü
Ölkə10:12 04.04.2020

Gürcüstanda azərbaycanlı qadın koronavirusdan öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanda koronavirusa yoluxanlardan biri ölüb.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Ölən 79 yaşlı qadın azərbaycanlıdır. O, Marneuli rayonunun Kəpənəkçi kənd sakini olub.
O, martın 31-də xəstəxanaya yerləşdirilib. Qadın bir sıra digər xəstəliklərdən də əziyyət çəkirmiş.