Xəbər lenti

Gürcüstanda çoxmillətli hərbi təlimlər başladı - Azərbaycan da iştirak edir
Ölkə15:17 29.08.2022

Gürcüstanda çoxmillətli hərbi təlimlər başladı - Azərbaycan da iştirak edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Gürcüstanda ABŞ-la "Layiqli tərəfdaş - 2022” birgə çoxmillətli təlimləri başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb. 
"Müdafiə Qüvvələrinin komandanı, general-mayor Giorgi Matiaşvili təlimlərdə iştirak edən Gürcüstan, ABŞ, NATO-ya üzv ölkələrin və tərəfdaş ölkələrin hərbi qulluqçularını beynəlxalq təlimlərin başlaması münasibətilə təbrik edib və öz çıxışında tərəfdaşlarla əməkdaşlığın vacibliyini vurğulayıb”, - məlumatda deyilir.
Nazirlikdən verilən məlumata görə, bu təlimlər artıq altıncı dəfədir ki, Gürcüstanda keçirilir. Təlimlərin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühitin təmin edilməsi üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar və müttəfiq ölkələr arasında hazırlığın və qarşılıqlı fəaliyyətin artırılmasıdır.
Bu il təlimlər tarixində ilk dəfə olaraq Yaponiya və İsveç silahlı qüvvələrinin nümayəndələri iştirak edəcəklər. Çoxmillətli təlimlərdə 2400-dən çox hərbçi iştirak edir. Builki çoxmillətli təlimlərin iştirakçıları: Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Litva, Azərbaycan, Almaniya, Bosniya və Herseqovina, Estoniya, Polşa, Yaponiya, Litva- Polşa çoxmillətli briqadası, Ukrayna və İsveç silahlı qüvvələridir.