
Gürcüstanın Təhsil Nazirliyinin təşəbbüsü bizim üçün də aktualdır. Qaynarinfo.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib
Rövşən Ağayev bildirib ki, Gürcüstanda məktəbli çantalarının dərs ləvazimatları ilə birgə maksimum çəkisi müəəyyən edən layihə hazırlanır: "Çantanın çəkisi nə qədər olmalıdır? Gürcülərin təhsil və səhiyyə sistemi birgə məsləhətləşmələrlə bunu müəyyən etməyə və 2017-ci ildən yeni çəki standartlarını tətbiq etməyə hazırlaşır".
Ekspertin sözlərinə görə, bizim şagirdlərimizində ağır yük altında necə əzabla məktəbə getməsini izləmək üçün məktəblərin qarşısında bir neçə dəqiqə müşahidə aparmaq kifayətdir.
Rövşən Ağayev qeyd edib ki, bütün sahələrdə kosmik sürətlə bizdən uzaqlaşan gürcü qonşularımız çap dərsliklərinin elektron dərsliklərlə əvəzlənməsi istiqamətində "Maykrosoft" şirkəti ilə danışıqlara başlayıb.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az