Xəbər lenti

Göyçayda xəstəxanada tükürpədici OLAY
Ölkə11:30 08.01.2014

Göyçayda xəstəxanada tükürpədici OLAY

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Başından travma alan xəstəni reanimasiyaya qəbul etməyiblər; şok vəziyyətində olan vətəndaş xəstəxanada həkimlərin gözü önündə keçinib

Yanvarın 8-də Göyçayda bədbəxt hadisə baş verib. İbrahimov Rasim Rəhim oğlu yıxılaraq baş nahiyəsindən travma alıb. Yaxınlarının dediyinə görə, onu yaralı halda təcili şəkildə xəstəxanaya çatdırsalar da, R.İbrahimovu Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirməyiblər. 

Səbəb kimi də bu göstərilib ki, şok vəziyyətində olan xəstəni ayıltmaq üçün elektroşok cihazı yoxdur, bu üzdən onu reanimasiyaya qəbul etmək mümkün deyil. Bir müddət xəstəxanada qalan R.İbrahimov həkimlərin gözü önündə can verib.

R.İbrahimovun oğlu Ramiz İbrahimov əməkdaşımıza deyib ki, atası xəstəxanaya gətiriləndə canı üstündə olub, o, sadəcə həkim səhlənkarlığı üzündən keçinib: “Xəstəxananın bu işə məsul olan şəxslərinin hərəkətlərindən aidiyyəti qurumlara müraciət edərək, onların cəzalandırılmasını tələb edəcəm, bu işi belə qoymayacam”.//musavat.com