Xəbər lenti

Göygöldə mikroavtobusu qəzaya düşdü: ölən və yaralanan var
Ölkə19:37 31.01.2020

Göygöldə mikroavtobusu qəzaya düşdü: ölən və yaralanan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Göygöl rayonunda xəsarətlə və ölümlə nəticələnən yol qəzası baş verib.
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 
Yeni Qızılca kəndində "QAZel" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. İlkin məlumata görə, qəza nəticəsində ölən və yaralananlar var. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.