Gözəlliyi ilə dillərə düşən Kristina Kokorina peşəkar idmançı və idman həkimidir. Uzun illər atletika ilə məşğuldur, Rusiyadakı otuz güclü sprinterdən biri olub, amma 2013-cü ildə idman növünü dəyişdirmək qərarına gəlib və qadın reqbisinə keçib.
Qaynarinfo xəbər verir ki, RGUTIS-Moskva bölgəsi çərçivəsində 2014-cü ildə milli reqbi-7 çempionluğunu qazanan Kristina bir il sonra zədə səbəbiylə idman karyerasını başa vurub. Yeri gəlmişkən o reqbini tam atmayıb, sadəcə hakimlik və məşqçilik peşələrinə yiyələnib, o arada daha bir ixtisas qazanıb – bu dəfə tibb sahəsində.
Bütün zədələri sağaldıqdan sonra Kristina idmana qayıdıb, ancaq qadın reqbinin fərqli bir variantında - çimərlik və 2017-ci ildə Rusiya milli çimərlik reqbi komandasında Avropa çempionu olub.
Koronavirus epidemiyası demək olar ki, bütün idman turnirlərini və yarışlarını dayandırandan sonra isə idmançı Kirov şəhərindəki regional uşaq xəstəxanasının reanimasiya şöbəsində tibb bacısı kimi işə düzəlib.
Yeri gəlmişkən o, bundan qabaq da idman və tibbi birləşdirərək tibb bacısı kimi çalışıb. İşini də "bir növ hobbi" adlandırır. Buna baxmayaraq, o idmanı tam tərk etməyib və hələ də məşqlərə davam edir.