Almaniya və İspaniyadan sonra İngiltərədə Erlinq Haaland üçün "Mançester Siti”nin favorit olduğu ortaya çıxıb.
Qaynarinfo xəbər verir ki, İngiltərə mətbuatı futbolçunun həftədə 500 min funt sterlinq alacağını və İngiltərə Premyer Liqasının ən çox qazanan futbolçusu olacağını yazıb. İddialara əsasən "Mançester Siti" Dortmund "Borussiya"sı ilə 2024-cü ilə qədər müqavilsi olan Haalanda görə ingilislər 63 milyon funt-sterlinq ödəyəcək. Klubun Əbu-Dabidən olan sahibləri oyunçuya isə həftəlik 500 min fun-sterlinq verməyi nəzərdə tutub.
Ümumilikdə 21 yaşlı oyunçunun transferi "Mançester Siti"yə müqavilə müddəti, imza haqqı və Mino Rayola üçün komissiya da daxil olmaqla, 170 milyon funt-sterlinqə başa gələ bilər.
Bu baş verərsə Haaland həfəlik qazancına görə İngiltərə Premyer Liqasının indiyə qədər ən çox maaş alan futbolçusu adını ələ keçirəcək. "Mançester Siti”də Kevin De Bruyne hazırda həftədə 350 min funt sterlinqlə klubun ən çox qazanan oyunçusudur. Onu 300 min funt-sterlinqlə Raheem Sterlinq və Cek Qriliş izləyir. Kriştiano Ronaldo İngiltərədə ən çox qazanan digər oyunçudur. Portuqaliyalı superulduz "Mançester Yunayted"də həftədə 350 min funt-sterlinq qazanır.
Erlinq Haalandın adı "Real"la hallansa da İspaniya mətbuatı Madrid komandasının rəhbəri Florentino Peresin bütün diqqətini Kilyan Mbappeyə yönəltdiyini yazıb.
Səbuhi Həsənov