Foto 21:56 07.03.2023

Hacıqabul sakinlərinin problemləri dinlənildi (FOTO)

"Səyyar qəbul otağı"nın növbəti ünvanı Hacıqabul rayonu olun. Sakinlər "Açıq mikrofon" aksiyasının imkanlarından istifadə edərək üzləşdikləri çətinliklərdən söz açıblar. 

Vətəndaşlar müraciətləri zamanı qaz sayğacının yerinin dəyişdirilməsi, qapı keçidinin quraşdırılması, həmçinin sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsinə dair müraciət ediblər. Ünvanlanan bütün müraciətlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb.