Xəbər lenti

Hacıqabulda avtomobil sement daşıyan maşına çırpılıb: xəsarət alanlar var
Ölkə11:15 02.01.2019

Hacıqabulda avtomobil sement daşıyan maşına çırpılıb: xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hacıqabul rayonunda baş verən yol qəzasında 1 nəfər ağır xəsarət alıb. 
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, "Mercedes” markalı avtomobil hərəkətdə olarkən arxadan sement daşıyan DAF markalı avtomobilə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - Ucar rayonunun Şilyan kənd sakini, 1960-cı il təvəllüdlü Hacıyeva Zərqələm ağır xəsarət alıb. 
Yaralı Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib. Yüngül xəsarət alan 3 nəfərə isə ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.