Xəbər lenti

Hacıqabulda əməliyyat: 3 nəfər saxlanıldı
Ölkə08:02 13.05.2018

Hacıqabulda əməliyyat: 3 nəfər saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri çərçivəsində rayon sakinlərindən narkotik vasitə olan "spays” götürülüb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Hacıqabul sakini, 1995-ci il təvəllüdlü Əliyev Sədail Mais oğlu saxlanılarkən onun üstündən 0,061 qram "spays” götürülüb.
Məlum olub ki, S. Əliyev həmin narkotik vasitəni Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Şükürov Fərid İlham oğlundan, sonuncu isə həmin narkotik vasitəni həmyerlisi 1987-ci il təvəllüdlü Qəhrəmanov Arif Rəcəb oğlundan əldə edib. S.Əliyev narkotik vasitəni saxlama, digərləri barəsində isə narkotik vasitənin satışı maddəsi ilə cinayət işi açılıb. Hər 3 şəxs saxlanılıb.
Qeyd edək ki, digər narkotik vasitələrə nisbətən az istifadə olunan "spays” insan orqanizmində təhlükəli fəsadlar törədən üzvü kimyəvi birləşmə (JWH-210) naftolindol sinfinə aid olan analgetik təsirli narkotik vasitədir. "Spays”-ı qəbul edən şəxslərin psixikasında ağır fəsadlar baş verir, narkotik vasitənin uzun müddət qəbulu insanda intihar etmə cəhdlərini artırır.