Hacıqabulda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 10 nəfər yaralanıb.
APA-nın məlumatına görə, onların hamısı Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Hadisənin baş verdiyi Bakı-Qazax magistralının 116-cı kilometrində uzun tıxac yaranıb.
17.00
Hacıqabulda sərnişin avtobusu qəzaya uğrayıb.
APA-nın məlumatına görə, hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İri tutumlu sərnişin avtobusu asfaltbasan maşın və daşla dolu avtomobillə toqquşub.