
Hacıqabul rayonu ilə bağlı yeni iddialar ortaya çıxıb.
Qaynar.info xəbər verir ki, bu barədə Bizimxeber.az saytı məlumat yayıb.
Saytın yazdığına görə, rayon icra başçısı Əhməd Muxtarov rayon yollarının təmirini özünə yaxın bir şirkətə həvalə edib. Nəticədə dövlətdən ayrılan yüzminlərlə manat vəsait mənimsənilib. Həmçinin bildirilir ki, rayonun bəzi yollarının təmiri üçün “Muğan-1” adlı müassisənin hesabına 500 manat vəsait köçürülüb.
İcra başçısının köməkliyi ilə tenderi udan “Muğan-1” MMC çəkdiyi yollarda ciddi şəkildə yeyintiyə yol verib. Yollarda asfaltın qalınlığı layihədə 10 sm göstərilsə də, Əhməd Muxtarovun nəzarətindəki firma bu qalınlığı 4-5 sm-ə qədər ixtisar edib. Bu da yeni cəkilən yolun davamlılığını yarıya qədər azaldır. Artıq yollar bərbad vəziyyətə düşüb.
Sayt yazır ki, əslində, söhbət yeyintidən getmir. Bu kimi hallar, yəni dünən təmir olunub bu gün dağılan yolun bu vəziyyətə düşməsi vətəndaşların gözündə dövləti aşağılayır. Adi kəndlinin “ baxın, bu yalançı yolları çəkirlər, sabah dağılır” kimi fikirlərini ortaya çıxarır. Əslində isə dövlət yolun normal və standartlara uyğun çəkilməsi üçün kifayət qədər vəsait ayırır. Hansı ki, yerlərdəki məmurlar bu pulu mənimsəyib dövlətin nüfuzunu vətəndaşın gözündə aşağılayırlar.
Bu kimi hallarda söhbət kiminsə yolun təmiri üçün ayrılan vəsaitdən 5-10 və ya 100-200 min manat məmimsəməsindən yox, dövlətin gücünü vətəndaşın gözündə heçə endirməkdən gedir. Axı, hər bir icra başçısı, eləcə də, Əhməd Muxtarov rayona təyin olunan zaman ölkə başçısı İlham Əliyevə söz verib ki, rayonda sabitlik, inkişaf və vətəndaşların yaşaması üçün ciddi imkanlar yaradacaq, əlindən gələni edəcək. Elə isə yolu 5 sm nazikləşdirməklə pul mənmsəmək verilən sözə nə qədər əməl etməyi göstərir?
Başqa bir məlumatda bildirilir ki, Əhməd Muxtarov kənd yollarından başqa Hacıqabul şəhərinin abadlaşdırılmasını isə “İnşaatçı-S” MMC yə həvalə edib. Adı çəkilən şirkətə abadlıq işləri üçün iki dəfə üst-üstə 2,3 milyon manat vəsait ayrılıb. Məlumatlı şəxs “İnşaatçı-S” şirkətinin gördüyü işlər müqabilində Əhməd Muxtarova ayrılan vəsaitin 15 faizinin verildiyini bildirir.
Məlumata görə, kənd yolları həm də ensiz çəkilib. Hər tərəfdən 15 sm qısaldırılıb ki, bu da 100 min manatlarla pulun mənimsənilməsi və qəza halalrınınm çoxalmasıdır. Bu isə o deməkdir ki, Əhməd Muxtarov “İnşaatçı-S” MMC-nin rəhbərliyinə müxtəlif yollarla təsir edib ki, bu bu pulu alsın. Sonra da yaranan problemə görə, məsuliyyət “İnşaatçı-S” MMC-nin rəhbərliyinin üzərində qalır.
Məlumatda qeyd olunur ki, Əhməd Muxtarovun tikinti yol təmiri maxinasiyalarından başqa həm də rayonun bir çox münbit ərazisində heyvandarlıq təsərrüfatları və əkinçilik sahələri var. Rayonun Padar-Muğan-Qarasu ərazisində 5 min hektara yaxın yararlı dövlət torpaqları məhz başçının və ona yaxın şəxslərin nəzarətindədir.
Bax əsl paradoks buradadır. 5 min hektar münbit ərazisidə nələr etmək olar? Bu əraziləri niyə insanlara, kənd sakinlərinə vermirlər? Niyə onlar üçün şərait yaradılmır ki, əkin, becərin…
Bir sözlə, Hacıqabul Əhməd Muxtarovfun gözündə nə qədər şəffafdırsa, rayon sakinlərinin gözündə bir o qədər bulanıq və qaranlıqdır. Təbii ki, pulu, 5 min hektara yaxın yararlı dövlət torpaqları olan icra başçısı Hacıqabulu şəffaf görməlidir. Əslində isə Hacıqabulun və hacıqabulluların yeni icra başçısına ehtiyacı var.
Qaynar.info