Xəbər lenti

Hadisənin Bakıda konsert verəcəyi məkan müəyyənləşdi: BOS
İdman09:52 27.10.2016

Hadisənin Bakıda konsert verəcəyi məkan müəyyənləşdi: BOS

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Olimpiya Stadionunda (BOS) Yeni il və Dünya Azərbaycanlıları Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçiriləcək.

Qaynarinfo.Az xəbər verir ki, konsert proqramında yerli ulduzlar olan Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadisə, Demet Akalın, Murat Dalkılıc, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər. Stadionun əsas meydançasında təşkil olunacaq konsert proqramı Yeni ilə geriyə-sayım, bayram atəşfəşanlığı və diskoteka ilə davam edəcək.

Şənliklərlə birgə, əsl bayram əhval-ruhiyyəsi üçün 4 ədəd avtomobil və 10 ədəd televizor hədiyyə fondu olan lotereya təşkil olunacaq.

Gələn həftədən satışa çıxacaq biletlərin qiyməti 9 AZN-dən başlayır. Biletləri iticket.az saytı vasitəsilə və şəhərin kassalarında və ASAN Xidmət mərkəzlərində əldə etmək olar. Konsert proqramının başlanması 20:00 üçün nəzərdə tutulub.

Qeyd edək ki, "O Səs Türkiyə" musiqi yarışmasının münsiflər heyətinin üzvü olan Hadisə yaxınlarda Bakıda Yeni İl konserti verəcəyini demiş, ancaq məkanı açıqlamamışdı.

Qaynarinfo.Az