Xəbər lenti

Hafiz Hacıyev seçkiyə hansı dairədən gedəcək?
Siyasət 12:56 15.07.2024

Hafiz Hacıyev seçkiyə hansı dairədən gedəcək?

Müasir Müsavat Partiyası rayonlarda 10-11 namizədlə iştirak edəcək.

Qaynarinfo xəbər verir ki, bunu Modern.az-a açıqlamasında partiyanın sədri Hafiz Hacıyev deyib.

"Artıq biz qərar vermişik. Müasir Müsavat Partiyası seçkilərə gedəcək. Rayonlarda 10-11 namizədlə partiyamız təmsil olunacaq. Siyasi Şura mənim namizədliyimlə bağlı da qərar verib. Belə ki, namizəd olub-olmamağım öz ixtiyarıma verilib. Hələ vaxt var. Tələsməyə dəyməz. Bir-iki saata həll olunan məsələdir. Müasir Müsavat Partiyası böyük bir partiyadır. İmza toplamaq da asan olacaq. Mənim nə vaxt haradan namizədliyimi irəli sürməyim məsələsinə gəldikdə, yenə deyirəm gözləməli olacağam. Münasib dairələrin ziyalıları, partiya üzvləri ilə məsləhətləşmələr gedir. Hər halda ayın başına qədər vaxt var. Ayın 25-nə qədər bir şey fikirləşəcəyik”.

H.Hacıyev Xankəndidən namizədlik irəli sürüb-sürməyəcəkləri ilə bağlı bunları deyib:

"Xankəndiyə icazə ilə gedilir. Hazırda seçkilərlə əlaqədar baş qarışıqdır. İcazə alıb Xankəndiyə getmək böyük problemdir. Biz dəfələrlə arzuladıq ki, Xankəninin meri olub, böyük işlər görək. Buna nail olmadıq. Deputatlığa namizədliyi Xankəndindən irəli sürsək, gərək, kimdənsə, icazə alıb ora gedəsən. Böyük qarışılıqlar var”.

Hafiz Hacıyev Xankəndidə mer olmaqla bağlı hökumətə yenidən müraciətlər etdiyini, lakin müsbət nəticə əldə etmədiyini qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq bir sıra partiyalar namizədlərini müəyyənləşdirib. Eyni zamanda müəyyən şəxslər fərdi qaydada namizədliklərini irəli sürəcəklərini bildiriblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->