Xəbər lenti

Hafiz Hacıyev Vilyam Hacıyevin 6 milyonundan danışdı:
Ölkə 15:01 27.05.2022

Hafiz Hacıyev Vilyam Hacıyevin 6 milyonundan danışdı: "Arvadının babası..."

"Eldar Mahmudov da deyirdi ki, milyonlar babamdan miras qalıb. Amma araşdırdılar, gördülər ki, belə deyil. İndi Vilyam Hacıyev də onun kimi danışır". 

Bu sözləri Qaynarinfo-ya Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev yaxın qohumu olan İmişlinin keçmiş icra başçısı, anti-korrupsiya əməliyyatları çərçivəsində həbs edilən Vilyam Hacıyevin məhkəmədəki ifadəsinə münasibət bildirərkən deyib. 

Vilaym Hacıyevin məhkəməsində dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxsə məxsus mənzilə və xidməti otağına baxış zamanı 2 504 057 ABŞ dolları və 1 006 470 avro, 365 ingilis funt sterlinq, 60 İsveçrə frankı, 455 türk lirəsi (ümumilikdə 6 298 834 manat) vəsait müsadirə edilib.

Vilyam Hacıyev həmin pulların rüşvətlə əldə edilməyini deyib. "Həmin pullar barədə tam açıqlama verirəm. O pullar rüşvətlə əldə edilməyib. Həmin vəsaitlər mənim həyat yoldaşımın babasından və qohumlarından miras qalıb. Cibimdə isə maaş və aldığım mükafat pulu idi. Həmin pullardan heç biri rüşvət deyil”, - Vilyam Hacıyev bildirib.

Hafiz Hacıyev isə yaxın qohumunun dediklərini yalan hesab edir:
 
"Mən bilmirəm onun arvadının babası kim olub, nənəsi kim olub, xalası kim olub. Deyir də. Nə deyəsən? Səhv eləyir. Ölkə Prezidentinin göstərdiyi etimadı hamı doğrultmalıdır. O demək deyil ki, hər şeydən sui-istifadə etməlidir".

Qeyd edək ki, Vilyam Hacıyev 2012-2020-ci illərdə İmişlinin icra başçısı vəzifəsində çalışıb. 6 may 2020-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->