Xəbər lenti

Hafiz Məmmədov “Lans”ı hansı azərbaycanlıya satır?
İdman10:32 05.06.2014

Hafiz Məmmədov “Lans”ı hansı azərbaycanlıya satır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son günlərdə “Bakı”nın prezidenti Hafiz Məmmədovun həm də Fransanın “Lans” klubunun sahibi olduğunu da məlumdu. 
İş adamı bu klubun tam sahibidi və komandanın Liqa-2-dən Liqa-1 çıxmasında böyük rol oynayıb. Məhz onun qoyduğu sərmayə “Lans”ı əvvəlcə daha aşağı dəstəyə göndərilməkdən qoruyub, ardınca da sabit maliyyə dəstəyi ilə üst pillələrə daşıyıb. Ancaq deyəsən, vəziyyət bir qədər qəlizdi.
Son günlərdə mətbuat Məmmədovun “Lans”a 15 milyon avro büdcə ayıracağını yazsa da, bizə gələn xəbərlər fərqlidi. “Rekord.az”-a kluba yaxın mənbələrdən verilən məlumata görə, Hafiz bəy, fransız klubunu satmaq qərarına gəlib. Artıq ilk alıcı da var.
Bu alıcı tanınmış iş adamı, “Khazar İslands”ın sahibi, Hacı İbrahim Nehrımli adı ilə tanınan - İbrahim İbrahimovdu. Keçən il yaradılan və builki çıxışı ilə yüksək dəstəyə çıxan “Khazar İslands” futzal klubu da ona məxsusdur. Mənbənin məlumatına görə, Məmmədovla İbrahimov arasında “Lans” barədə söhbət olub və hətta klubun satılması barədə şifahi də olsa, razılıq əldə edilib. Yeganə məsələ İbrahim İbrahimovun böyük futbola ümumiyyətlə pul qoyub-qoymamaq istəyindən asılı olacaq. 
Qaynar.info