Xəbər lenti

Hafiz Məmmədov yenidən sədr seçildi
Ekonomiks16:25 07.04.2015

Hafiz Məmmədov yenidən sədr seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hafiz Məmmədov yenidən “Bank of Azerbaijan”ın Müşahidə Şurasının sədri seçilib. Bu barədə "APA-Economics"ə bankdan məlumat verilib.
Məlumata görə, indiyə qədər bu vəzifəni tutan Mehman İsmayılov yenidən “Bank Technique”in Audit Komitəsinin sədri vəzifəsinə qayıdıb.
“Bank of Azerbaijan”ın İdarə Heyətinin rəhbərliyində isə dəyişiklik yoxdu. Əvvəllər olduğu kimi Məhəmmədəli Aslanov bankın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir.
Xatırladaq ki, “Bank of Azerbaijan”ın səhmdarlarının 2014-cü ilin mayın 22-də keçirilmiş növbədənkənar ümumi yığıncağında bankın Müşahidə Şurasının sədri vəzifəsi Mehman İsmayılova, İdarə Heyətinin sədri vəzifəsinin icrası isə müvəqqəti olaraq Məhəmmədəli Mahir oğlu Aslanova həvalə edilib.
Qaynar.info