Xəbər lenti

Hafiz Məmmədova daha bir zərbə
İdman10:36 26.04.2016

Hafiz Məmmədova daha bir zərbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AFFA İntizam Komitəsi "Bakı" klubunun 15 yaşadək komandasını çempionatdan kənarlaşdırıb.

Qaynarinfo.az xəbər verir ki, aprelin 19-da "Xəzər Lənkəran"la oyunda bu komanda iştirak etməyib və qaydalara əsasən 0:3 hesablı texniki məğlubiyyət alıb. Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılıb.

Qeyd edək ki, bu klub "Hafka" ləqəbi ilə tanınan naxçıvanlı iş adamı Hafiz Məmmədovundur. Onun I dəstədə çıxış edən əsas komandasının da vəziyyəti maliyyə durumuna görə ağırdır və 3 dəfə FİFA tərəfindən cəzalandırılaraq 9 xalı silinib.

Qaynarinfo.az