
Azərbaycanlı milyarder, nəqliyyat naziri Ziya Məmmədovun biznesortağı kimi tanınan Hafiz Məmmədov “Lans” klubunu alandan sonra Fransadamətbuatın diqqətindən düşmür.
Virtualaz.org saytı xəbər verir ki, “Lans” klubununprezidenti Jerve Martel “Le Monde” qəzetinə müsahibəsində HafizMəmmədovla bağlı suallara cavab verməli olub.
Xatırladaq ki, JerveMartel uzun illər “Lans” klubunun prezidenti olsa da 2011-ci ildəmaliyyə böhranı üzündən klubu tərk edib. H.Məmmədov “Lans”ın nəzarətsəhm paketini alandan sonra J.Martel da klubun prezidentliyinə qayıdıb.Virtualaz.org bundan əvvəl Fransa mediasına istinadən yazmışdı ki,J.Martel H.Məmmədovla Kann şəhərindəki kazinolardan birində tanış olub.Onları lüks yaxtalar kirayə verən yerli biznesmen tanış edib. Belə ki,H.Məmmədov həmin biznesmenin və Kann kazinoların daimi müştərisidir.
“SizHafiz Məmmədovla necə tanış oldunuz?” sualına J.Martel belə cavabverir: “Mən onunla təsadüfən tanış oldum. Onda mən dostumla Fransanıncənubunda idim. Biz bir-birimizi çox tez başa düşdük. O, “Lans” klubu vəmənim keçdiyim yol haqda bilirdi. Hafiz futbolu yaxşı bilir. O,“Atletiko Madrid”in sponsorudur. Bu oğlan özünün “Bakı” futbol klubunada möhkəm bağlıdır. Onu ikinci liqaya investisiya qoymağa inandırmaqlazım gəldi. Hafiz dərhal razılaşdı. Bu, mənim üçün çox mühüm idi”.
JerveMartel H.Məmmədovu “Lans”a yatırım qoymağa necə inandırdığı haqdadanışarkən deyib ki, o, klubun keçmişi və gələcək planları barədədanışıb. Bildirib ki, azərbaycanlı biznesmenə “Lans”ın Bollaertstadionunun təmirindən və bu stadionda EURO-2016-nın oyunlarınınkeçiriləcəyindən, Luvr muzeyindən, “Lans”ın əhalisi böyük olan regionda,Parislə Brüsselin yaxınlığında yerləşməsindən bəhs edib.
BəsJerve Martel azərbaycanlı investorun kluba gəlişini yerli məmurlara izahetmək üçün hansı işləri görmüşdü? Bu yerdə J.Martel Fransanın “Canal +”telekanalının H.Məmmədovla bağlı ötən ilin noyabrında, onun “Lans”ınoyununa baxmaq üçün ilk dəfə Fransaya səfər etdiyi bir vaxtda yaydığıqalmaqallı reportajı qəzəblə xatırlayıb.
J.Martel deyib: “Fransaəvvəlki kimi nəsə yeni şeylər kəşf etmək və tapmaq istəyir. Mən“Canal+”ın reportajını gördüm, hansı ki, sıfra bərabərdir. Biz Məmmədovüçün səhər saat 4-də təqdimat etmişik. Məmmədov insanlarla çox mehribandavranır. Bakıda, onun ofisində çox adam olur. Bu oğlan gecədən xeylikeçmişə qədər işləyir, çünki arada vaxt fərqi var. O, Nyu York fondbirjasında da çox işləyir. Hafiz öz sərvətini nefdən və qazdan qazanıb.İzahı var. Bu adamlar çox işləyir. Eyni zamanda hamı üçün əlçatan adamolaraq qalır. Klubdakı adamlar gördü ki, o, ötən il bura gələndə Luvranecə baş çəkdi. Əlbətdə, mən yerli məmurlara izah etdim ki, Məmmədovkimdir, hansı ölkədəndir. Ancaq mən çox şeyi izah etməli deyildim.Bilirsiniz, Fransada Azərbaycan jurnalı var. Parisdə Azərbaycansəfirliyi fəaliyyət göstərir. Azərbaycan prezidentinin xanımı Fransamuzeylərinə himayəçilik edir. Mən hesab edirən ki, bütün bunlarAzərbaycan haqda çox şey deyir”.
J.Martel onu da deyib ki,Azərbaycan dünyaya açılan və inkişaf edən ölkədir. “Biz Hafizlə müqaviləimzalamaqdan imtina etsək axmaqlıq edərdik, çünki bunu başqalarıedəcəkdi. Əgər Məmmədov kimi adamlar gəlirsə bu, Fransa futbolu üçünmüsbət haldır” deyə o bildirib.
Qeyd edək ki, hazırda AzərbaycandaH.Məmmədovun maliyyə vəziyyəti yaxşı deyil. Onun “Baghlan Group”şirkətlər qrupu beynəlxalq reytinq agentlikləri tərəfindən dalbadalmənfi rəylər alıb. Şirkət banklara kredit borcunu və faizlərini ödəyəbilmir. Habelə H.Məmmədova məxsus “Bank of Azerbaijan”da böhranyaşandığı, oliqarxın “Bakı” futbol klubunda maaşların verilmədiyi barədəxəbərlər var.
Milyarderin maliyyə vəziyyətinin bu cürpisləşməsinin səbəbləri məlum deyil. Bununla belə Jerve MartelinH.Məmmədovun Nyu York fond birjasında çox işlədiyi haqda dediklərimaraqlı məqamdır. Belə məlum olur ki, H.Məmmədov Nyu York fondbirjasında səhm alqı-satqısına həddən artıq aludə olub. Birjadasəhmlərlə “oynamaq” asan pul qazanmaq üçün cəlbedici vasitədir, ancaqheç də həmişə gəlir gətirmir. Bu oyunda iri məbləğdə gəlir götürmək dəvar, müflis olmaq da...
Qaynar.info