Xəbər lenti

Hafiz Məmmədovun klubu aşağı dəstədən də uzaqlaşdırıldı
İdman10:55 22.08.2016

Hafiz Məmmədovun klubu aşağı dəstədən də uzaqlaşdırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan I divizionunda iştirak edəcək klubların adlarına aydınlıq gəlib. 

Qaynarinfo.Az xəbər verir ki, 2016/17 mövsümündə aşağı dəstədə 14 komanda mübarizə aparacaq.

Yeni mövsümdən I divizionda “Rəvan”, “Qaradağ Lökbatan”, “Ağsu”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Mil Muğan”, “Bakılı”, “Şahdağ”, “Şərurspor”, “Göyəzən”, “Energetik” və “Səbail” yarışacaqlar. I divizionda son iki mövsümün çempionu “Neftçala”, həmçinin Premyer Liqada 2 dəfə çempion olmuş, məşhur iş adamı Hafiz Məmmədova məxsus “Bakı” klubu yeni mövsümdə iştirak etməyəcək. Yeni yaranmış “Səbail” isə I divizionda debüt edəcək.

Artıq sabah 2016/17 mövsümünün püşkatma mərasimi təşkil olunacaq. Saat 13:00-da AFFA-nın inzibati binasında reallaşacaq mərasimdə bütün iştirakçı klublar təmsil olunacaq.

Qeyd edək ki, yeni mövsümdən I dəstədə çıxış edəcək klublar arasında "Şuşa Qarabağ", "Ağdaş", "Sabunçu" və Sabirabadın "Çağırğan" komandalarının da olacağı gözlənilirdi. Ancaq bu klublar maliyyə öhdəliklərinə zəmanət verə bilmədiyi üçün çempionata buraxılmayıb. 

Qaynarinfo.Az