Xəbər lenti

Haiti millisinin üzvü "Qarabağ"a neçəyə transfer olunub? (MƏBLƏĞ)
İdman11:05 30.01.2021

Haiti millisinin üzvü "Qarabağ"a neçəyə transfer olunub? (MƏBLƏĞ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın Haiti millisinin futbolçusu Donald Geryenin transferi üçün Türkiyə "Alanyaspor"una ödədiyi məbləğ açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb. 
Qəzet Super Liqa klubununun son 3 ildə futbolçu satışından qazandığı məbləği araşdırıb. "Alanyaspor" 6 oyunçu satışından ümumilikdə 20,4 milyon avro gəlir əldə edib ki, bu da rekord göstərici sayılır.
Alanya təmsilçisi Geryeni 2017-ci ilin yayında "Qarabağ"a 800 min avroya satıb. Digər futbolçulara gəlincə, Anastasios Bakasetas "Trabzonspor"a 3,5 milyon avroya, Melih Demirel İtaliya "Sassuolo"suna 8 milyon avroya, Emre Akbaba "Qalatasaray"a 4 milyon avroya, Vaqner Lav "Beşiktaş"a 3 milyon avroya, Lukas Vilyavanyes Meksika "Moreliya"sına 1,6 milyon avroya keçib.
Qeyd edək ki, Donald Gerye 2017-ci ilin yayında "Alanyaspor"dan "Qarabağ"a transfer olunub. 2019-cu ildə "Neftçi"yə üz tutan haitili futbolçu ötən yay Ağdam klubuna qayıdıb. Cari mövsümdə 16 oyun keçirən sol cinah müdafiəçisi 6 qol vurub.