Xəbər lenti

Hakim əsəbiləşib idmançını döydü - VİDEO
İdman12:43 25.04.2014

Hakim əsəbiləşib idmançını döydü - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Taekvando döyüşü zamanı qəribə hadisə baş verib

Taekvando döyüşü zamanı qəribə hadisə baş verib. ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə yayılan maraqlı video izlənmə sayına görə rekord qırıb.

Videoda görünür ki, iki taekvandoçu döşəkdə döyüşür. Lakin idmançılar döyüş qaydalarına riayət etmirlər. Bu zaman hakim onları ayırmaq istəyir. İdmançılar hakimə tabe olmur. Bu zaman hakim idmançılara hücum çəkir.

Əsəblərini cilovlaya bilməyən hakim, idmançılardan birini ayağı ilə vurur. Digərinə isə əli ilə hücum edir. Hakim köməkçiləri əsas hakimi birtəhər sakitləşdirməyə çalışırlar.

Qaynar.info