Xəbər lenti

Hakimə hücum edən məşhur tennisçi yarışdan qovuldu
İdman13:37 23.02.2022

Hakimə hücum edən məşhur tennisçi yarışdan qovuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kişilərin fərdi tennis yarışlarında ən yaxşılardan hesab olunan Aleksandr Zverev xoşagəlməz hərəkəti ilə diqqət mərkəzinə düşüb.
Qaynarinfo xəbər verir ki, tennisçi qatıldığı "Meksika Açıq"da cütlük matçına komanda yoldaşı brazliyalı Marselo Melo ilə birlikdə yarışıb. Komandası 6-2, 4-6 (ümumilikdə, 10-6) hesabı ilə məğlubiyyətə uğrayan Zverev oyun bitəndən sonra raketka ilə hakimə hücum edib. O, hakimin oturduğu stula zərbələr endirməyə başlayıb. Olduqca əsəbi görünən idmançının yüksək səslə söyüş söydüyü də eşidilib. Tennis aləmində gündəm olan bu görüntülərdən sonra Zverev "qeyri-idman davranışı"na görə turnirdən qovulub.
Zverevə Tennis Federasiyası tərəfindən də ağır cəza veriləcəyi gözlənilir. Bundan əvvəl Nik Kyrgios da "aqressiv davranışa" görə yarışlardan 16 həftəlik  uzaqlaşdırılmışdı.
Keçən il kişilər arasında təklərdə, 2019-cu ildə isə cütlük yarışmalarında "Meksika Açığ"ın qalibi olan Zverev Tokio-2020-də də qızıl medal qazanıb.
Səbuhi Həsənov
<script async="" src="https://platform.twitter.com/widgets.js" charset="utf-8"> //
Səbuhi Həsənov