
Türkiyənin "Habertürk" qəzetinin əməkdaşı Meriç Müldür maraqlı iddia ilə çıxış edib.
Qaynarinfo.Az xəbər verir ki, bu iddia baş hakim Dəniz Atəş Bitnelin 4 qırmızı vərəqə göstərdiyi "Qalatasaray" - "Trabzonspor" matçı ilə bağlı olub.
Onun sözlərinə görə, matçın keçirildiyi fevralın 21-də başqa ölkələrdə də qırmızı vərəqələrin çoxluğu diqqət çəkib. Xüsusən də, Cənubi Amerika, Portuqaliya və İspaniya aşağı dəstələrində bu, müşahidə olunub.
İddiaya görə, "Qalatasaray"ın 2:1 qalib gəldiyi oyunda baş hakimin 4 qırmızı vərəqə göstərməsi heç də təsadüf olmayıb. Belə ki, oyun mərcə qoyulubmuş. Mərc oynayanlar arasında hazırda karyerasını davam etdirən 4 futbolçu və karyerasını bitirmiş 2 futbolçunun həyat yoldaşları da var. Bunun üçün iş açılsa da, nəticəsi hələ təsdiqlənməyib.
Qeyd edək ki, ötən mövsüm keçirilmiş bu oyunda "Trabzonspor"un futbolçusu olmuş Salih Dursun əsəblərini saxlaya bilməyərək baş hakimin qırmızı vərəqəsini əlindən alaraq onun özünə göstərmişdi. Həmin matçda Salih və onun 3 komanda yoldaşı meydandan qovulmuşdu.
Qaynarinfo.Az