AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qaynarinfo xəbər verir ki, iclasda Birinci Divizionun 8-ci turunda qaydalar çərçivəsindən çıxanlar cəzalandırılıb.
"Qaradağ Lökbatan” – MOİK hər iki klub 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 80 manat cərimələnib. Bundan əlavə oyun bitdikdən sonra MOİK-in futbolçusu Elgün Bayramov hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. "Hərbçilər" isə 320 manat cərimə olunub.
"Sumqayıt-2” – "Səbail-2” oyununda "Səbail-2”nin futbolçusu Elşad Tağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub 20 manat cərimə olunub.
"Neftçi-2” – "Keşlə-2” oyununda isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün "Keşlə-2" 80 manat cərimələnib.
Səbuhi Həsənov