Xəbər lenti

Hakimi təhqir etdi, dördoyunluq cəzalandı
İdman 16:05 23.11.2023

Hakimi təhqir etdi, dördoyunluq cəzalandı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə, iclasda Azərbaycan Kubokunun birinci təsnifat mərhələsində yol verilən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.

"Qusar” – "Şahdağ Qusar” oyununda "Qusar” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Qusar” klubu 70 manat cərimə edilir (maddə 37);

"Göygöl” – "Dinamo” oyununun 84-cü dəqiqəsində "Dinamo” klubunun 8 nömrəli futbolçusu Yusif Cəfərov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanır, "Dinamo” klubu 300 manat cərimə edilir (maddə 43.3);

"Sheki City” – "Kür-Araz” oyununda "Sheki City” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə "Sheki City” klubu 70 manat cərimə edilir (maddə 37);

"Sheki City” – "Kür-Araz” oyununun 87-ci dəqiqəsində "Sheki City” klubunun baş məşqçisi Firuddin Mövsümov meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, "Sheki City” klubu 150 manat cərimə edilir (maddə 42.3);

"Sheki City” – "Kür-Araz” oyununun 90+5-ci dəqiqəsində "Kür-Araz” klubunun 17 nömrəli futbolçusu Elariz Xəlilli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, "Kür-Araz” klubu 150 manat cərimə edilir (maddə 40.1);

"Sheki City” – "Kür-Araz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə "Sheki City” klubu 100 manat cərimə edilir (maddə 72.4);

"Şəfa” – "Şəmkir” oyununda "Şəfa” klubunun 7 futbolçusu sarı vərəqə aldığına görə "Şəfa” klubu 70 manat cərimə edilir (maddə 37);

"Şəfa” – "Şəmkir” oyununun 76-cı dəqiqəsində "Şəmkir” klubunun 20 nömrəli futbolçusu Elcan Rəhimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, "Şəmkir” klubu 150 manat cərimə edilir (maddə 40.1);

"Şəfa” – "Şəmkir” oyununda xərəkdaşıyanlar olmadığına görə "Şəfa” klubu 80 manat cərimə edilir (maddə 74.1).

"Şəfa” – "Şəmkir” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə "Şəfa” klubu 100 manat cərimə edilir (maddə 72.4).

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->